Xəbər lenti

"Liverpul", "Real", "Barselona" və "Yuventus"un futbolçuları Bakıya gəlir
İdman13:12 24.08.2015

"Liverpul", "Real", "Barselona" və "Yuventus"un futbolçuları Bakıya gəlir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
AVRO-2016-nın seçmə mərhələsində yığmamızın rəqibi olan Xorvatiya millisinin heyəti açıqlanıb.
Qaynar.info xəbər verir ki, baş məşqçi Niko Kovaç sentyabrın 3-də Azərbaycan, bundan 3 gün sonra Norveçə qarşı keçiriləcək oyunlara 24 futbolçu çağırıb. 
Qapıçılar: Daniyel Subaşiç (“Monako”, Fransa), Lovre Kaliniç (“Xayduk”), İvan Varqiç (“Riyeka”);
Müdafiəçilər: Dariyo Srna (“Şaxtyor”, Ukrayna), Şime Vrsalko (“Sassuolo”, İtaliya), Marko Leşkoviç (“Riyeka”), Vedran Çorluka (“Lokomotiv”, Rusiya), Domaqoy Vida (“Dinamo”, Ukrayna), Deyan Lovren (“Liverpul”, İngiltərə), Daniyel Pranyiç (“Panatinaikos”, Yunanıstan), Marin Leovats (PAOK, Yunanıstan);
Yarımmüdafiəçilər: Luka Modriç, Mateo Kovaçiç (hər ikisi “Real”, İspaniya), Milan Badel (“Fiorentina”, İtaliya), Martselo Brozoviç (“İnter”, İtaliya), İvan Rakitiç (“Barselona”, İspaniya), Miyo Tsaktaş (“Xayduk”);
Hücumçular: Nikola Kaliniç, Ante Rebiç (hər ikisi “Fiorentina”, İtaliya), Marko Pyatsa (“Dinamo”), İvan Perişiç (“Volfsburq”, Almaniya), İvitsa Oliç (“Hamburq”, Almaniya), Mario Mancukiç (“Yuventus”, İtaliya), Andrey Kramariç (“Lester”, İngiltərə).
Niko Kovaç Azərbaycanla görüş haqda yerli federasiyanın saytına qısaca bunları bildirib: "Biz 2 özünəəmin şəkildə qalib gəldiyimiz oyunları unutmalıyıq. Sözsüz, Azərbaycanla budəfəki matç çox çətin olacaq. Azərbaycan çox dəyişib, bizim Prosineçki bu komandanı ciddi hala gətirib və yaxşı nəticələr qazandırır. Əlbəttə, keyfiyyət baxımından biz daha səviyyəli komandayıq. Ancaq oyuna yanaşma, köklənmə və bu matçı ciddiyə almaq çox vacibdir".
Qaynar.info