
Belçika millisinin və İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Maruan Fellaini siqarla paparatsilərin obyektivinə tuş gəlib.
Qaynarinfo.az xəbər verir ki, Britaniyanın "The Sun" ("Ze San") nəşrində olan eksklüziv şəkillərdə görünür ki, Fellaini əkiz qardaşı Mansur və dostları ilə birgə İspaniyanın İbisa çimərliyində istirahət edir. O, istirahət zamanı siqar da çəkir.
Onun bu görüntülərindən sonra "Mançester Yunayted"in yeni baş məşqçisi Joze Morinyunun əslən Mərakeşdən olan futbolçu barədə hansı qərarı verəcəyi maraqla gözlənilir.
Qaynarinfo.az




