
Bakıda "McDonalds"da kütləvi dava düşüb
Qaynar.info-nun hadisə yerində olan əməkdaşı xəbər verir ki, "Fəvvarələr" ("Tarqovı") meydanında yerləşən "McDonalds"da gənclər arasında kütləvi dava düşüb.
Hazırda böyük qalmaqal yaşanır və gənclər arasında xəsarət alanlar var.
Əməkdaşımız bildirir ki, dava getdikcə böyüyür, amma ətrafda hələ ki, heç bir polis əməkdaşı gözə dəymir. Ancaq buna baxmayaraq, hadisə şahidləri polisə məlumat veriblər. Davanın səbəbləri isə hələ də bəlli deyil.
Qaynar.info


