
21 və 19 yaşadək qızlardan ibarət futbol millimizin baş məşqçisi Patrisiya Qonsales İspaniya mətbuatına müsahibə verib. O, müsahibəsinin ilk hissəsində İspaniya futbolundan danışıb.
Qaynar.info Patrisiya Qonsalesin Azərbaycan futbolundan bəhs edən müsahibəsinin II hissəsini təqdim edir.
- Bizə təcrübənizdən danışın. Siz niyə qadın futbolunda işləməyə başladınız?
- Mən çox balaca olanda, məktəbdə oxuyanda futbol oynamağa başlamışam. Dostlarım öz əşyaları ilə oynayan vaxt, mən oğlanlarla futbol oynayırdım. Beləcə mən rayonumuzda yerləşən "Rayo Valyekano"nun filial komandasında oynamağa başladım. Əsas və ehtiyat komandada 4 mövsüm keçirdim. Ta ki belimdən zədə alanadək. Onda qərar verdim ki, oynamağı dayandırım və klubda məşqçiliyi öyrənməyə başladım. Onda 20 yaşım vardı. 2 il yarıma mən bütün məşqçilik kateqoriyalarını əldə etdim. Başa düşmürdüm ki, niyə mən oyunçu kimi özümü göstərə bilmədim. İndi isə mən Azərbaycandayam. Bax indi anlayıram ki, mən futbolçuları öyrətmək üçün doğulmuşammış.
- İspaniyada işləmək üçün imkanlarınız olsa da, onları qaçırmısınız. Bu düzdür?
- Bəli. Bu məşqçilik arzusundan irəli gəlirdi və günlər ərzində öyrəndiklərini xaricdə peşəkar şəkildə tətbiq etmək istəyi idi. Mən xaricdən təklif aldım və Azərbaycanda işləməli oldum. Baxmayaraq ki, verdiyim qərar heç də asan deyildi, mən səfərə yollanmaq üçün can atdım.
- 2 illik təcrübənizi necə qiymətləndirirsiniz?
- AFFA-ya təşəkkür edirəm ki, mənə bu imkanı yaratdı. Mən şəxsən burda bir peşəkar kimi inkişaf etdim. Federasiyanın qadın futboluna qayğısı çox mühümdür. Çətin vaxtlarımız olsa da, peşəkar səviyyədə çəkdiyimiz çətinliklər bizə müsbət təcrübə qazandırdı.
- İdman və təşkilati baxımdan İspaniya və Azərbaycan futbolu haqda hansı fərqlər var?
- Səviyyə fərqi baxımından biz müqayisə apara bilmərik. Çünki burda qadın futbolunun tarixi çox gəncdir. AFFA-nın büdcəsinin çox hissəsi qadın futboluna yönəldilib. Klubların qadın futboluna dair xüsusi departamentləri var. Qadın futboluna dair layihələrin çoxunun sponsoru var. Bu üzdən digər ölkələrlə müqayisədə Azərbaycanda qadın futbolu daha tez inkişaf edir.
- Siz İspaniyaya qayıtmaq istəyirsiniz?
- Əlbəttə, mən oranı çox sevirəm! İspaniyaya qayıtmaq istəyirəm. Ancaq 5 müxtəlif yerdə işləmək, günümün yalnız son 2 saatını futbola həsr etmək istəmirəm. Bütünlüklə futbolda olmaq istəyirəm. Çünki öz işimi, öz sənətimi çox sevirəm.
Qaynar.info