
"Mən heç kimdən mərhəmət diləmirəm, ədalət təlb edirəm".
Qaynar.info xəbər verir ki, bu sözləri həbsdə olan N!DA Vətəndaş Hərəkatının üzvü Rəşad Həsənov deyib.
Rəşad Həsənov: "Cinayət törətmişəmsə, hətta bunu düşünmüşəmsə və bunu sübut edəcək bircə fakt- səs yazısı, görüntü varsa ortaya qosunlar, istənilən cəzanı çəkməyə hazıram. Mənim üçün ədalət hər şeydən üstündür. Mən əxlaqıma görə heç vaxt yalan danışmaram. 15 il həbsdə yatmağa hazıram, amma yalan danışmağa yox".
Ötən ilin mart-aprel aylarında tutulan “Nida”çıları Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi əsasən kütləvi iğtişaşları təşkil etmə cəhdində günahlandırıb. İstintaqın iddiasına görə, gənclər Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı, İlkin Rüstəmzadə 2013-cü il martın 10-da Bakıda kütləvi aksiya zamanı “Molotov kokteyli”ndən istifadəyə hazırlaşırmışlar.
Prokuror gənc fəallardan Zaur Qurbanlı, Rəşadət Axundov, İlkin Rüstəmzadəyə 8 il 6 ay, Bəxtiyar Quliyev, Məmməd Əzizov, Rəşad Həsənova 8 il, Üzeyir Məmmədliyə 7 il 6 ay, Şahin Novruzluya 6 il 6 ay həbs cəzası verilməsini istəyib.
Qaynar.info