Xəbər lenti

"Mənə yığmadan təklif gəlsə..." - Qurban Qurbanov
İdman07:35 18.10.2014

"Mənə yığmadan təklif gəlsə..." - Qurban Qurbanov

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Mənə yığmanın baş məşqçisi olmaq təklifi gəlməyib. İndiki işimdən razıyam və bütün diqqətimi “Qarabağ”a yönəltmişəm”.

Sport7.Az xəbər verir ki, bu sözləri “Qarabağ” – “Qəbələ” oyunundan sonra keçirilən mətbuat konfransında ağdamlıların baş məşqçisi Qurban Qurbanov deyib.

Yığmanın baş məşqçi postuna real namizədlərdən sayılan “köhlən atlar”ın çalışdırıcısı əlavə edib: “Təklif olsa, mövzuya yenidən qayıda bilərik. Düzü, namizədlərdən biri sayılmaq, adımın yığmayla yanaşı çəkilməsi xoşdu. Axı söhbət millimizdən gedir”.

Qaynar.info