Gəncə şəhəri ərazisində ağır yol qəzası olub.
Hadisə şahidlərinin Milli.Az-a verdikləri məlumata görə, gecə saatlarında “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq dərəyə yuvarlanıb. Avtomobildə olan qadınlardan biri dünyasını dəyişib, iki nəfər isə xəsarət alıb. Yaralılardan birinin vəziyyəti ağırdır, digərinin isə iki ayağı sınıb.
Gəncə Şəhər Baş Polis İdarəsindən Milli.Az-a bildirildi ki, faktla bağlı araşdırma aparılır.
Qaynar.info