Xəbər lenti

"Metropark"ın yaxınlıqdakı partlayışın səbibi məlum oldu - FOTOLAR
Ölkə19:04 29.12.2016

"Metropark"ın yaxınlıqdakı partlayışın səbibi məlum oldu - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda "Metropark" ticarət mərkəzinin yaxınlığında baş vermiş partlayışın ilkin səbəbi məlum olub. Hadisə Faiq Yusifov küçəsi, 43 ünvanında əvvəllər qazanxana kimi fəaliyyət göstərən tikilidə qeydə alınıb.
Ərazidə "Rahatlığın məkanı" tikinti şirkəti söküntü işləri aparır. Həyətdəki mazut çənini çıxarmaq mümkün olmadığından mazut çəni şirkət əməkdaşları tərəfindən yandırılıb. Lakin çənin qapağı bağlı olduğundan, güclü partlayış olub.
Partlayış nəticəsində ətrafdakı tikililərə və avtomobillərə ziyan dəyib. Hazırda ərazidə FHN-in və hüquq-mühafizə orqanlarının əməkdaşları işləyirlər. (musavat.com)
Qaynarinfo.az