
Bu gün 19 yaşadək futbolçulardan ibarət millimiz (U-19) Monteneqro yığması ilə yoldaşlıq matçı keçirəcək.
Qaynar.info xəbər verir ki, bu görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Bu münasibətlə Monteneqro U-19-nun baş məşqçisi Aleksandar Milyenoviç 19 futbolçuya dəvət göndərib. O, Serbiya və Çexiyada çıxış edən 3 legioneri heyətə dəvət edə bilsə də, Fransa və İtaliyada oynayan futbolçularını müəyyən səbəblərə görə Azərbaycanla matçlara çağıra bilmədiyini qeyd edib:
"Azərbaycanla matç yeniyetmələr yığması çərçivəsində yoldaşlıq oyunları seriyamızı davam etdiririk. Bu münasibətlə biz komandaya 3 debütant - Peyoviç, Vukçeviç və Biqoviçi dəvət etmişik. Bu siyahıda Fransanın "Mets" klubunda oynayan Belmin Murtoviç də olmalıydı. Ancaq zədəsi olduğundan, bu dəfə iştirak etməyəcək. "Milan"da oynayan Kristiyan Xaciosmanoviç isə klubu qarşısında öhdəlikləri üzündən, bu toplanışı buraxmalı oldu. Bu 2 oyun vasitəsilə digər namizədləri yoxlamaq imkanımız var. Beləliklə, bütün dəvət olunmuş oyunçuların özünü göstərmək şansı mövcuddur".
Qapıçılar: Nemanya Lemayiç ("Qrbal"), İqor Mrvalyeviç ("İskra");
Müdafiəçilər: Luka Maleşeviç, Marko Tuçi, Balşa Banoviç (hər üçü "Buduçnost"), Miloş Baniçeviç ("Bokel"), Nikola Peyoviç ("Srvena Zvezda", Serbiya), Duşan Biqoviç ("Vojdovats", Serbiya);
Yarımmüdafiəçilər: Danilo Markoviç, Marko Burzanoviç (hər ikisi "Buduçnost"), Corciye Cedoviç ("Sutyeska"), Danilo Vukçeviç ("Hradets-Kralove", Çexiya), Vladan Kordiç, İliya Vukotiç (hər ikisi "Qrbal"), Aliya Krniç ("Deçiç");
Hücumçular: Marko Miliçkoviç, Admir Musiç (hər ikisi "Mladost"), Filip Vorotoviç ("Sutyeska"), Kristiyan Vulay ("Deçiç").
Qeyd edək ki, martın 17-də bu komandalar 2-ci dəfə üz-üzə gələcəklər. Həmin görüşün başlanma vaxtı AFFA-nın saytında 18:00 kimi göstərilsə də, bu oyun Bakı vaxtı ilə saat 14:00-da keçiriləcək.
Qaynar.info