İtaliyanın ən köklü klublarından olan "Milan" satılıb.
Qaynarinfo.Az xəbər verir ki, məlumatı klubun rəsmi saytı yayıb.
Yonqonq Linin sahibi olduğu "Sino-Europe Investment Management Changxing" holdinqi klubun 99,93 faiz hissələrini alıb. Bunun üçün çinlilər Silvio Berluskoniyə 740 milyon avro ödəyiblər.
Qeyd edək ki, Silvio Berluskoni 30 il komandaya rəhbərlik edib. O, son 4 ildə komanda ilə maraqlanmadığını açıqlamasında da etiraf edib.
Xatırladaq ki, Milan şəhərinin digər təmsilçisi "İnter" də bir müddət əvvəl çinlilərə satılıb.
Qaynarinfo.Az