Xəbər lenti

"Milan"ın əfsanəsi də Bakıya gəlir
İdman12:15 23.09.2016

"Milan"ın əfsanəsi də Bakıya gəlir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

UEFA AVRO 2020-nin 4 oyununun ev sahibi şəhəri Bakının loqosunun təqdimat mərasimində iştirak etmək üçün xüsusi qonaq Bakıya təşrif buyuracaq. 

Qaynarinfo.Az xəbər verir ki, qonaq qismində UEFA-nın yeni prezidenti Aleksander Çeferinlə yanaşı, dünya futbolunun tanınmış simalarından biri, Avro-1988-in qalibi, hollandiyalı futbol ulduzu, İtaliyanın "Milan" klubundakı çıxışları ilə tanınmış Ruud Qullit paytaxtımıza gələcək.

Xatırladaq ki, mərasim sentyabrın 30-da Bakı Olimpiya stadionunda keçiriləcək.

Qaynarinfo.Az