Xəbər lenti

"Millinizin Braziliya ilə oyun keçirməsinə vasitəçi ola bilərəm" - Ronaldinyo
İdman12:45 20.10.2016

"Millinizin Braziliya ilə oyun keçirməsinə vasitəçi ola bilərəm" - Ronaldinyo

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Məlum olduğu kimi, Braziliya millisinin və "Barselona"nın sabiq futbolçusu Ronaldinyo Bakıdadır. "Qəbələ" klubunun dəvəti ilə "Ronaldinyo Sokker Akademi" layihəsi çərçivəsində ölkəmizdə səfərdə olan Ronaldinyonun, AFFA-nın baş katibi Elxan Məmmədovun və "Qəbələ"nin prezidenti Tale Heydərovun iştirakı ilə bu gün mətbuat konfransı keçirilib.

Qaynarinfo.Az onun mətbuat konfransında dediyi maraqlı fikirləri təqdim edir: 

"Əsas məqsədim gənc uşaqların mənim adımı eşidib futbol oynamağa maraq göstərməsidir. Onların gələcəkdə böyük klublara keçməsində öz köməkliyimi göstərə bilərəm. Uşaqlar yüksək səviyyəyə çatmaq istəyirlərsə, məşqə hamıdan əvvəl gəlib, ordan hamıdan sonra getməlidirlər.

Azərbaycan millisinin seçmə mərhələyə yaxşı başladığını bilirəm. İndi özüm Azərbaycandayam. İstəyirəm ki, ölkənizin futbolu ilə daha yaxından tanış olum. Gələcəkdə Azərbaycan millisinin Braziliya ilə oyun keçirməsində vasitəçi ola bilərəm. Əsas odur ki, hər 2 komandanın bunda istəyi olsun.

Dünən axşam Bakıda olmuşam. Hava limanından çıxandan sonra restoranda sizin mətbəxinizlə tanış olmuşam və bəyənmişəm. Bakını isə gəzmək imkanım hələ olmayıb. Burdan sonra şəhərinizlə tanış olmağa çalışacağam.

Mən özümü Pele və digər məşhur futbolçuların səviyyəsində görürəm. Düşünmürəm ki, onların səviyyəsindən aşağıdayam. Düzünü deyim ki, dəqiq deyə bilmərəm ki, niyə məni çox sevirlər. Bəlkə də bu, gözəl futbol oynamağıma görədir.

Sonuncu dəfə Hindistanda futzal oynamışam. Düzünü deyim ki, futbolçu karyeramı hələ bitirməmişəm. Buna dekabrda qərar verəcəyəm

Dünyanın ən güclü futbolçusu kimdir? Messi!"

Qaynarinfo.Az