Xəbər lenti

"Müsavat başqanı olmağa hazıram" - Tural Abbaslı
Ölkə09:35 21.11.2013

"Müsavat başqanı olmağa hazıram" - Tural Abbaslı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Tural Abbaslı Müsavat başqanı olmağa hazıram.

Qaynar.info saytı «Bizim Yol» qəzetinə istinadən xəbər verir ki, bu sözləri Müsavat Partiyasının divan üzvü Tural Abbaslı deyib. 

Tural Abbaslının sözlərinə görə, onun partiya başqanlığına namizəd olması gənclərin təşəbbüsüdür: "Hələ həbs olunmazdan əvvəl bu məsələlər öz aramızda müzakirə olunurdu. Düzdür, adım namizəd kimi hallansa da, qəti qərar verilməyib. Çünki qurultayın tarixi də bilinmir və tədbirlə bağlı məsələlər tam aydınlaşmayıb. Bununla belə mən İsa bəyin başqanlıqdan bu tezliklə getməsini istəmirəm. Düşünürəm ki, İsa bəyin bu gün gördüyü işi əvəzləyə biləcək namizəd yoxdur. 

Amma qurultay olacaqsa, İsa bəy namizədliyini təkid etdiyi kimi verməyəcək, o zaman məsləhət bilinsə, niyə də özümü başqanlığa namizədliyə hazır hiss etməyim. Artıq mənim 31 yaşım var, Avropa dövlətləri və qonşu Gürcüstanı götürsək, bu ölkənin baş naziri mənimlə yaşıddır. 2000-ci ildən partiyanın üzvüyəm, ondan əvvəl də müsavatçı ailəsi olmuşuq. Bu mənada özümü başqanlığa namizəd olaraq hazır hiss edirəm. 

Qaynar.info