Xəbər lenti

"Namizədliyim AFFA tərəfindən dəstəklənirdi" - Qurban Qurbanov
İdman11:58 12.03.2016

"Namizədliyim AFFA tərəfindən dəstəklənirdi" - Qurban Qurbanov

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov AFFA-nın İcraiyyə Komitəsində ilk dəfə yer almasından danışıb.

Qaynar.info xəbər verir ki, o, ilk iclasda fəal iştirak etmədiyini, çıxarılan 9 qərarda o qədər də yaxından iştirak etmədiyini etiraf edib:

"İlk görüşdə çox da aktiv olmadım. Çünki ilk dəfə iştirak edirdim deyə, nəyi necə etməli olduğumu bilmirdim. Daha çox müşahidə etdim. Amma gələcəkdə Azərbaycan futbolu üçün hansısa məsələləri İcraiyyə Komitəsində qaldırmağa çalışacağam. Kənardan bu komitədə yer almaq asan görünə bilər. Ancaq burda yer almaq mənim üçün çox məsuliyyətli bir işdir".

Qurbanov İcraiyyə Komitəsinə namizədliyinin həm AFFA, həm də "Qarabağ" tərəfindən dəstəkləndiyini bildirib: "Həm AFFA rəhbərliyi ilə görüşlər zamanı, həm də federasiya rəsmiləri ilə hansısa oyunu birgə izləyərkən mənim İcraiyyə Komitəsində yer almağım haqda danışılırdı. Yəni, bu birdən-birə olan proses deyil. Son bir neçə il ərzində bu barədə qarşılıqlı fikirlər səsləndirilirdi. Mənə deyilirdi ki, ya bu komitədə, ya da hansısa Azərbaycan futboluna xeyir verən bir qurumda yer almağım faydalı ola bilər. Bu üzdən deyə bilərəm ki, namizədliyim həm AFFA, həm də klub tərəfindən dəstəklənirdi".

Qaynar.info