Xəbər lenti

"Neftçi" 3 futbolçu ilə müqavilə bağladı
İdman17:14 14.10.2016

"Neftçi" 3 futbolçu ilə müqavilə bağladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Neftçi” futbol klubu 3 futbolçu ilə müqavilə bağlayıb.
Qaynarinfo.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, müdafiəçi Mahir Şükürov, serbiyalı qapıçı Boban Baykoviç və braziliyalı yarımmüdafiəçi Jonas Enrike Pessalli mövsümün sonunadək komandanın formasını geyinəcəklər.
Qeyd edək ki, Mahir Şükürov 1982-ci il dekabrın 12-də Sumqayıtda anadan olub. Bir sıra Azərbaycan komandaları ilə yanaşı, Türkiyənin "Antalyaspor”, "Karşıyaka” və Rusiyanın "Anji” klublarında çıxış edib. 2006-2007-ci və 2012-2014-cü illərdə "Neftçi”də çıxış etmiş Şükürov Azərbaycan milli komandasının heyətində 75 oyun keçirib.
Boban Baykoviç 1985-ci il martın 15-də Monteneqronun Tsetinye şəhərində dünyaya gəlib. Yerli "Lovçen” klubunun yetirməsidir. O həmçinin Serbiyanın "Srvena Zvezda”, "Yedinstvo”, "Radniçki”, "Rad”, "Smederevo”, "Srem” klublarının da şərəfini qoruyub. Baykoviçin sonuncu klubu Belçika "Lyers”i olub.
Jonas Pessalli 1990-cı il sentyabrın 24-da Braziliyanın Bentu Qonsalveş şəhərində doğulub. "Qremio”nun yetirməsi olan futbolçu Brazliyanın "Qremio Barueri”, Fransanın "Anje” və "Luson” klublarında çıxış edib.
Şükürov 22, Baykoviç 33 və Pessalli 90 nömrəli formanı geyinəcəklər. Hər 3 futbolçunun fikirlərini təqdim edirik.
Mahir Şükürov: "Neftçi”yə qayıtmağıma görə şadam. Bu klub futbola qayıtmağım üçün şərait yaratdı, mənim üzərimə düşən isə bu etimadı doğrultmaqdır. "Neftçi” hazırda layiq olmadığı mövqedə qərarlaşıb. Vəziyyəti düzəltmək üçün əlimizdən gələni etməliyik”.
Boban Baykoviç: "Yeni komandam üçün faydalı olmaq istəyirəm. Bilirəm ki, "Neftçi” Azərbaycanın ən titullu klubudur. Azarkeşlərin yaddaşında qalmaq üçün var-gücümlə çalışacağam”.
Jonas Pessalli: "Azərbaycan futbolu inkişafdadır. Şadam ki, "Neftçi”də oynamaq imkanı qazanmışam. Yeni komandamda rəsmi debütümü səbirsizliklə gözləyirəm”.
Qeyd edək ki, baxışda olan digər futbolçu - latviyalı Aleksandr Fertov isə bəyənilməyərək geri göndərilib. Onu da xatırladaq ki, bu 3 legioner futbolçunun "Neftçi"yə baxışa gəldiyini ilk olaraq Qaynarinfo.Az saytı bildirib.
Qaynarinfo.Az