Xəbər lenti

"Neftçi" 3 şəxsi klubdan uzaqlaşdırdı
İdman10:02 14.09.2016

"Neftçi" 3 şəxsi klubdan uzaqlaşdırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Əsas komandanın son oyunlardakı uğursuz nəticələrini, Müşahidə Şurasının 28.08.2016-cı il tarixdə keçirilmiş iclası zamanı klubda islahatların davam etdirilməsi haqqında qərarlarını, eyni zamanda 09.09.2016-ci il tarixdə klubun səhmdarları ilə keçirilmiş görüşdə bu qərarların ən qısa zamanda yerinə yetirilməsi barədə nəticəyə gəlinməsini nəzərə alaraq, “Neftçi” PFK bir sıra qərarlar qəbul edib. 

Qaynarinfo.Az həmin qərarları təqdim edir:

- Vəli Qasımov “A” komandanın baş məşqçisi vəzifəsindən azad edilsin;

- Elnur Məmmədov klubun icraçı direktoru vəzifəsindən azad edilsin;

- Mübariz Xudiyev klubun icraçı direktorunun idman məsələləri üzrə müavini vəzifəsindən azad edilsin;

- İcraçı direktorun idman məsələləri üzrə müavini vəzifəsi klubun struktur dəyişikliyi ilə əlaqədar olaraq ləğv edilsin.

Yeni təyinatlarla bağlı məlumat yaxın zamanda elan olunacaq.

Qaynarinfo.Az