Xəbər lenti

"Neftçi" Avroliqa üçün cəmi 1 hücumçu sifariş verdi
İdman14:30 21.06.2016

"Neftçi" Avroliqa üçün cəmi 1 hücumçu sifariş verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Neftçi” PFK Avropa Liqasının ilk mərhələsinin oyunları üçün iştirak ərizəsini UEFA-ya təqdim edib. Ərizədə 22 futbolçu yer alıb.

Qaynarinfo.az xəbər verir ki, "22-lik" bu oyunçulardan ibarətdir:

Qapıçılar - 44. Sənan Əlizadə, 53. Maksim Vaylo, 66. Kamran İbrahimov;

Müdafiəçilər - 3. Jairo Rodriges, 4. Rahil Məmmədov, 22. Vançe Şikov, 26. Kamal Qurbanov, 27. Məqsəd İsayev, 30. Dario Melnyak, 41. Ömər Buludov, 95. Elvin Bədəlov;

Yarımmüdafiəçilər - 7. Araz Abdullayev, 8. Elşən Abdullayev, 10. Cavid İmamverdiyev, 13. Murad Ağayev, 17. Rəhman Hacıyev, 19. Fəhmin Muradbəyli, 21. Aqşin Qurbanlı, 45. Kamran Nəcəfzadə, 80. Edson Kastilyo, 88. Orxan Qurbanlı;

Hücumçu - 11. Ruslan Qurbanov.

Qeyd edək ki, ilk matçın başlanmasına 24 saat qalmışadək iştirak ərizəsinə daha bir futbolçunun adını əlavə etmək mümkündür. Bununla yanaşı, sifariş ərizəsinə son 2 ildə klubda qeydiyyatda olan və yaşı 21-dən çox olmayan futbolçular daxil edilə bilər. “Neftçi” Avropa Liqasının ilk təsnifat mərhələsində Maltanın “Balzan” klubu ilə qarşılaşacaq. İlk oyun iyunun 30-da səfərdə, cavab görüşü iyulun 7-də “Bakcell Arena”da baş tutacaq.

Qaynarinfo.az