
Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları keçirilib. Fanat.az xəbər verir ki, Azərbaycan Kubokunun qalibi "Neftçi" səfərdə meydana çıxıb.
"Ağ-qaralar" Sloveniyada "Koper"in qonağı olub. "Neftçi" evdə 1:2 hesabı ilə yenildiyindən səfərdə 2 top fərqi ilə qalib gəlməli idi. Əksəriyyət buna inanmasa da, "ağ-qaralar" vəzifənin öhdəsindən gəlib. Hesabı 21-ci dəqiqədə Mirhüseyn Seyidov açıb. 51-ci dəqiqədə baş hakim Benoit Millot Jaka Stromayeri meydandan qovaraq "Koper"i azlıqda qoyub. "Neftçi"yə lazım olan qolu 84-cü dəqiqədə Karlos Kardoso vurub. Bununla da 2:0 hesablı qələbə qazanan təmsilçimiz mərhələ adlayıb.
Avropa Liqası
II təsnifat mərhələsi
Cavab oyunu
24 iyul
23.30 Koper (Sloveniya) - Neftçi (Azərbaycan) 0:2
Qollar: Mirhüseyn Seyidov, 21. Karlos Kardoso, 84.
Qaynar.info