Xəbər lenti

"Neftçi" azarkeşi Araz Abdullayevə hücum çəkdi
İdman19:39 17.08.2015

"Neftçi" azarkeşi Araz Abdullayevə hücum çəkdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Topaz Premyer Liqasının ikinci turunda "Neftçi" səfərdə "İnter"ə uduzub. Sport7.az xəbər verir ki, Samir Əliyevin komandasının 0:1 hesabı ilə məğlub olması "ağ-qaralar"ın azarkeşlərinin ciddi etirazına səbəb olub.
Əksər azarkeşlər klub rəhbərliyini istefaya səsləyib. Fanatların bir qismi isə futbolçularına dəstək olub. Ancaq azarkeşlərdən biri meydana daxil olaraq, fanatları alıqşlamaq üçün onlara tərəf gedən Araz Abdullayevə hücum çəkib. Futbolçu ona tərəf gələn fanata əl qaldırmamaq üçün, bir qədər özünü təmkinli aparıb. "Neftçi"nin digər üzvləri mübahisəni sakitləşdirməyə çalışıb. Təhkükəsizlik xidmətdi həmin azarkeşi son anda meydandan çıxarmağı bacarıb.
Qaynar.info