
Bəhram Bağırzadənin öz istəyi ilə "Neftçi"nin Müşahidə Şurasının sədri postundan ayrılmasından sonra bir yer boş qalıb.
Qaynarinfo.Az-ın əldə etdiyi məlumata görə, bu posta artıq namizəd var. Bu, futbol veteranı olacaq.
Əvvəlcə "Neftçi" Veteranlar İttifaqının sədri Oqtay Abdullayevin namizədliyi irəli sürülsə də, onun "Turan Tovuz" klubunun Müşahidə Şurasının rəhbəri olması bu variantın üzərindən xətt çəkilməsinə səbəb olub. Sonda fikirlər Nazim Süleymanovun üzərində dayanıb. Onun 19 yaşadək milli komandamızdan ayrılmasından sonra işsiz olması bu variantın gerçəkləşməsini labüd edib. Çingiz Abdullayevin özü də "Neftçi"nin sabiq futbolçusu kimi Nazim Süleymanovun oyununa heyran olduğundan, bu varianta isti yanaşır.

Məsələ ilə bağlı Nazim Süleymanovun fikirlərini öyrənmək istədik. Lakin qarşı tərəfin telefonu bağlı olduğumuzdan, istəyimiz gerçəkləşmədi.
Qaynarinfo.Az