Xəbər lenti

"Neftçi" çempionluğu, "Simurq" vəsiqəni itirdi
İdman13:01 28.04.2014

"Neftçi" çempionluğu, "Simurq" vəsiqəni itirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Premyer Liqanın XXXIII iki komandanın iddialarını itirməsi ilə nəticələnib. Fanat.az xəbər verir ki, "Neftçi" çempionluq, "Simurq" isə medal şansını itirib.

"Qarabağ"la heç-heçə oynayan "Neftçi" sona 4 tur qalmış liderdən 12 xal geri qalır. Bu isə "ağ-qaralar"ın 3 il ardıcıl qazandığı çempion titulunu rəsmən itirməsi deməkdi.

"Simurq" isə "Qəbələ"yə ududuzb. Bununla da 6-cı pillədə qərarlaşmış Zaqatala klubu ilə 2-ci yeri tutan "Neftçi" arasında 12 xallıq fərq yaranıb. "Ağ-qaralar" "Simurq"la şəxsi oyunlarda üstün olduğundan, zaqatalıların bürünc medal qazanmaq şansı qalmayıb.

Qaynar.info