
"Neftçi" son zamanlar intizamsızlıqları ilə diqqət mərkəzinə düşən Araz Abdullayevlə Elvin Yunuszadəyə cəza verib. Qaynar.info xəbər verir ki, cəza birbaşa pulla bağlı olub.
Belə ki, təşkil olunan klubdaxili toplantıda rəhbərlik və məşqçilər korpusu birlikdə qərar verib ki, hər iki futbolçuya böyük məbləğdə pul cəzası kəsilsin. Məbləğ rəsmən açıqlanmır. Rekord.az saytının əldə etdiyi məlumata görə isə klub hər iki futbolçunun maaşının yarısını kəsib.
Qaynar.info