Xəbər lenti

"Neftçi" ilə yoxlama oyunu keçirmək "Fənər"ə baha başa gəldi
İdman06:19 20.01.2014

"Neftçi" ilə yoxlama oyunu keçirmək "Fənər"ə baha başa gəldi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yanvarın 18-də "Neftçi" ilə qarşılaşan "Fənərbaxça" ciddi itki ilə üzləşib.

ANS PRESS-in Türkiyə mətbuatına istinadən məlumatına görə, qolsuz bərabərliklə bitən qarşılaşmada İstanbul klubunun futbolçusu Alper Potuk zədələnib.

Klubdan verilən açıqlamada bildirilir ki, Alper çiynindən zədə alıb. Artıq futbolçunun müalicəsinə başlanılıb.

Alper Potuk "Fənərbaxça"nın heyətində Super Liqanın 18-ci turunda keçiriləcək "Konyaspor"la oyunda meydana çıxa bilməyəcək. Futbolçunun 3 həftə müalicə olunacağı bildirilir.

Qaynar.info