Xəbər lenti

"Neftçi" İtaliya klubunda oynamış futbolçunu transfer etdi (FOTO)
İdman13:34 30.07.2017

"Neftçi" İtaliya klubunda oynamış futbolçunu transfer etdi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Neftçi" növbəti transferini reallaşdırıb. "Qaynarinfo" klubun rəsmi saytına istinadən xəbər verir ki, David Derlis Meza Kolli ilə müqavilə imzalanıb.

Paraqvaylı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb. 28 yaşlı futbolçu "Neftçi"də 10 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, peşəkar karyerasına Yunanıstanın "Atromitos" klubunda başlayıb (2007/2010). O, bu illərdə Yunanıstanın "Etnikos", "PAS Giannina" və "Messiniakos" klublarına icarəyə verilib. 2011-ci ildə İtaliyanın "Cezena" klubuna keçən futbolçu 2013-ədək burda çıxış edib, bir müddət "Pavia"ya icarəyə verilib.

Paraqvaylı futbolçu 2013-cü ildə ildə transfer olunduğu Bakı "İnter"ində 2 il çıxış edib (67 oyun, 4 qol). Meza Kolli 2015/16 mövsümünün ilk yarısında "Qəbələ"nin formasını geyinib (10 oyun, 1 qol). Onun son iş yeri Paraqvayın "Serro Porteno" klubu olub.

Qaynarinfo.Az