Xəbər lenti

"Neftçi" klubunun keçmiş futbolçusu vəfat edib
İdman08:24 04.03.2016

"Neftçi" klubunun keçmiş futbolçusu vəfat edib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

 Bakının "Neftçi" klubunun keçmiş futbolçusu Yuri Konstantinoviç Kuznetsov vəfat edib. 

"Report"un məlumatına görə, o, 85 yaşında dünyasını dəyişib.

Bakı şəhərində anadan olan Y.Kuznetsov 1952-1955-ci illərdə "Neftçi"də çıxış edib. SSRİ yığmasının heyətində rəsmi oyunlarda 3 qol vuran Kuznetsov 2 dəfə - 1955 və 1959-cu ildə adı SSRİ-nin ən yaxşı 33 futbolçusu siyahısına daxil olunub.

Qaynar.info