
Bu gün Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunlarına yekun vurulacaq. Fanat.az xəbər verir ki, Azərbaycan Kubokunun qalibi "İnter" səfərdə meydana çıxacaq.
"Ağ-qaralar" Sloveniyada "Koper"in qonağı olacaq. SRC Bonifika stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 23.30-da başlayacaq. Qarşılaşmanı Fransadan olan FIFA referisi Benoit Millot idarə edəcək.
"Neftçi" Bakıda keçirilən ilk oyunda "Koper"ə 1:2 hesabı ilə yenilib. Təmsilçimiz mərhələ keçmək üçün 2 top fərqi ilə və ya 2-dən artıq top vurmaqla minimal h0esablı qələbə qazanmalıdı (məsələn: 3:2, 4:3). Əsas vaxt "Neftçi"nin 2:1 hesablı qələbəsi ilə yekunlaşsa, əlavə vaxta ehtiyac olacaq. İstənilən hesablı qələbə, heç-heçə və 0:1 hesablı məğlubiyyət "Koper"i III təsnifat mərhələsinə aparacaq.
Qeyd edək ki, "Neftçi" Azərbaycan Kubokunu qazandığından birbaşa Avropa Liqasının III təsnifat mərhələsinə qatılmaq hüququ qazanıb. "Ağ-qaralar" mərhələ keçsə, "Bursaspor" (Türkiyə) - "Çixura" (Gürcüstan) cütünün qalibi ilə qarşılaşacaq. Bu komandalar arasında Türkiyədə baş tutmuş ilk oyun 0:0 hesabı ilə başa çatıb.
Avropa Liqası
II təsnifat mərhələsi
Cavab oyunu
24 iyul
23.30 Koper (Sloveniya) - Neftçi (Azərbaycan)
Hakimlər: Benoit Millot, Stepan Luzi, Kiril Saint Krikq, Sebastian Moreyra (Fransa).
UEFA nümayəndəsi: Tormod Larsen (Norveç).
Hakim-inspektor: Alfredo Trentalange (İtaliya).
Koper. SRC Bonifika stadionu.
Qaynar.info