Xəbər lenti

"Neftçi" "Çixura"nı keçsə...
İdman14:27 26.07.2014

"Neftçi" "Çixura"nı keçsə...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ölkəmizi Avropa Liqasında təmsil edən "Neftçi" III təsnifat mərhələsində Gürcüstanın "Çixura" klubu ilə qarşılaşacaq. Azərbaycan Kubokunun qalibi bu səddi keçsə, turnirin "play-off" mərhələsində mübarizə aparacaq.

Qaynar.info fanat.az-a istinadla xəbər verir ki, bu mərhələdə 62 komanda mübarizə aparacaq. Onlardan 29-u III təsnifat mərhələnin qalibləri olacaq. 15 komanda Çempionlar Liqasının III təsnifat mərhələsində məğlub olaraq Avropa Liqasının "play-off" mərhələsinə düşəcək. Qalan 18 komanda isə 2013/14 mövsümündə ölkə çempionatlarında qazandıqları nəticələrə uyğun olaraq bu mərhələyə vəsiqə qazanıb:

Tvente, Zvolle (hər ikisi Hollandiya), Vilyarreal (İspaniya), Tottenhem (İngiltərə), Borussiya (Münhenqladbax, Almaniya), Trabzonspor (Türkiyə), İnter (İtaliya), Lokeren (Belçika), Nasional (Portuqaliya), PAOK (Yunanıstan), Sent-Etyenn (Fransa), Sürix (İsveçrə), Metallist (Ukrayna), Apollon (Cənubi Kipr), Rostov (Rusiya), Midilyand (Danimarka), Lokomotiv (Moskva, Rusiya), Austriya (Avstriya).

Qeyd edək ki, "play-off" mərhələnin püşkü avqustun 8-də atılacaq. Mərhələnin ilk oyunları avqustun 21-də, cavab qarşılaşmaları ayın 28-də keçiriləcək. "Play-off"un 31 qalibi Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanacaq. Bu turnirin qrupuna Çempionlar Liqasının "play-off"unda uduzan 10 komanda da vəsiqə əldə edib. 7 komanda isə 2013/14 mövsümündə ödkə çempionatlarında qazandıqları nəticələrə uyğun olaraq Avropa Liqasının qrupuna düşüb: Sevilya (İspaniya), Genqam (Fransa), Everton (İngiltərə), Dinamo (Ukrayna), Volfsburq (Almaniya), Fiorentina (İtaliya), Estoril (Portuqaliya).

Qaynar.info