
Bu gün Avropa Liqasının yeni mövsümü üçün püşkatma mərasimi keçirilib.
Qaynarinfo.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə 3 komandamızın rəqibləri müəyyənləşib.
Səpələnmişlər səbətində yer alan "Neftçi" Maltanın "Balzan" klubu ilə qarşılaşacaq. "Qəbələ" yenə ilk mərhələdə Gürcüstana səfər edəcək. Budəfəki rəqib "Samtrediya" olacaq. Səpələnməmişlər səbətində yer alan "Kəpəz" isə Moldovanın "Daçiya" klubu ilə görüşəcək.
Qaynarinfo.az