
"Neftçi"də daha bir ayrılıq yaşanıb.
Qaynarinfo.az-ın məlumatına görə, "Neftçi"nin seleksioner məşqçisi Bəxtiyar Musayev klubdan ayrılıb.
Bəxtiyar Musayevin özü də bunu saytımıza açıqlamasında təsdiqləyib: "Neftçi"dən 1 aydan çoxdur ki, ayrılmışam. Öz istəyimlə klubdan getmişəm. Klub rəhbərliyi ilə bəzi məsələlərdə anlaşa bilmədik. Anlaşmamazlıqlar, fikir ayrılıqları çox oldu. Hələ ki məcburi istirahətdəyəm. Yeni iş planları barədə düşünməmişəm".
Musayev bizə "Neftçi"nin çempion olduğu dönəmlərlə indiki arasındakı fərqin səbəbini də açıqladı: "Dünənki oyunu stadiondan izlədim. Əvvəlki "Neftçi" ilə indiki arasında böyük fərqin olmasının səbəbi klubun strategiyasının dəyişməsindədir. Əvvəllər komandadan başqa şeylər tələb olunurdu, indi isə başqa. İndi komandada gəncləşdirmə adı ilə işlər aparılır".
Qaynarinfo.az