Xəbər lenti

"Neftçi" şikayət etdi, hakimin göstərdiyi vərəqə ləğv edildi
İdman10:43 19.04.2016

"Neftçi" şikayət etdi, hakimin göstərdiyi vərəqə ləğv edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Neftçi” – “Qarabağ” matçının 23-cü dəqiqəsində “Neftçi” klubunun futbolçusu Ruslan Qurbanov sarı vərəqə ilə cəzalandırılsa da, hakimin səhv qərar verdiyi ortaya çıxıb.

Qaynarinfo.az xəbər verir ki, “Neftçi” klubu bu epizodla bağlı İntizam Komitəsinə müraciət ünvanlayaraq öz etirazlarını bildirib.

İntizam Komitəsi oyunun videoyazısını izlədikdən sonra "Neftçi"nin haqlı olduğu qənaətinə gəlib. Belə ki, oyunun 23-cü dəqiqəsində millimizin və “Neftçi”nin cinah hücumçusu Ruslan Qurbanova simuliyasiyaya görə göstərilmiş sarı vərəqə hakim tərəfindən epizodu düzgün qiymətləndirilmədiyi səbəbindən ləğv olunub.

Qeyd edək ki, "Neftçi"nin 1:2 hesabı ilə yenildiyi həmin oyunun baş hakimi Ramil Diniyev olub.

Qaynarinfo.az