Xəbər lenti

"Neftçi" yayda gətirdiyi 6 legionerdən 5-cisini yola saldı
İdman10:07 16.12.2016

"Neftçi" yayda gətirdiyi 6 legionerdən 5-cisini yola saldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Neftçi” PFK daha bir futbolçusu ilə müqaviləyə xitam verib.

Qaynarinfo.Az xəbər verir ki, xorvatiyalı qapıçı Krşevan Santini ilə yollar ayrılıb. Klubun rəsmi saytının yazdığına inansaq, bu, hər iki tərəfin qarşılıqlı razılaşması əsasında baş tutub. 

Mövsümün əvvəlində transfer edilmiş Santini "Neftçi”nin heyətində 12 oyunda meydana çıxmışdı. O, serb qapıçı Boban Baykoviçin transferindən sonra ehtiyatda qalırdı.

Qeyd edək ki, bununla da mövsümün ortasında "Neftçi"dən göndərilən futbolçuların sayı 5-ə çatdı. Bundan əvvəl rumıniyalı Ketelin Sıre, braziliyalı Denilson Pereyra, xorvatiyalı Dario Melnyak və makedoniyalı Vançe Şikovla yollar ayrılmışdı. Maraqlısı budur ki, bütün bu futbolçularla yayda müqavilə bağlanmışdı.

Qaynarinfo.Az