Xəbər lenti

"Neftçi" yenə uduzdu, "Kəpəz" xal itirdi
İdman18:42 18.09.2016

"Neftçi" yenə uduzdu, "Kəpəz" xal itirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Topaz Premyer Liqasında V tura start verilib. Qaynarinfo.Az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
Açılış oyununda “Kəpəz” "Sumqayıt"ın qonağı olub. İlk 4 turda sadəcə bir qələbə qazanan gəncəlilər turnir cədvəlində özündən bir pillə aşağıda yerləşmiş “kimyaçılar”la oyundan da bir xalla ayırılıb. 69 dəqiqəsi qolsuz davam edən oyun 1:1 hesabı ilə yekunlaşıb.
Günün ikinci oyununda isə son günlər tarixinin ən pis dönəmlərindən birini keçirən “Neftçi” “İnter”in qonağı olub. Mövsümə yaxşı başlayan və 4 oyundan sonra uduzmayan “bankirlər” məğlubiyyətsiz oyunlar seriyasını davam etdirib. Ötən tur “Qəbələ”dən 8 cavabsız qol buraxan “ağ-qaralar” isə yeni baş məşqçi Elxan Abdullayevin debüt oyununda məğlubiyyət acısı yaşayıb. Hesabı 67-ci dəqiqədə penaltidən Araz Abdullayev açıb. Amma 87-90+2-ci dəqiqələrdə dubl edən "Neftçi"nin sabiq üzvü Rauf Əliyev "İnter"ə qələbə qazandırıb - 2:1.
Qeyd edək ki, tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.
Premyer Liqa
V tur
18 sentyabr
Sumqayıt - Kəpəz 1:1
Qollar: Vaqif Cavadov, 69 -Kərim Diniyev, 73. 
İnter - Neftçi 2:1
Qollar: Rauf Əliyev, 87; 90+2 - Araz Abdullayev, 67-pen.

№

Klub

O

Q

H/H

M

T/F

X

1

İnter

5

3

2

0

8:5

11

2

Qarabağ

4

3

0

1

12:2

9

3

Qəbələ

3

2

1

0

10:0

7

4

Kəpəz

5

1

3

1

5:5

6

5

Zirə

4

2

0

2

4:4

6

6

Sumqayıt

4

1

1

2

3:5

4

7

Neftçi

5

1

0

4

3:14

3

8

AZAL

4

0

1

3

1:11

1

Bombardirlər

Baqali Dabo (Qəbələ) - 4. Ruslan Abışov (İnter), Reynaldo Silva (Qarabağ), Vaqif Cavadov (Sumqayıt) - 3.

Qaynarinfo.Az