
“AZAL-la oyun normal keçdi. Amma “Neftçi”dən gözlədiyim oyunu hələ də görmürəm”. Qaynar.info qol.az-a istinadən xəbər verir ki, bu sözləri AZAL-la oyundan sonra “Neftçi”nin prezidenti Sadıq Sadıqov deyib.
Prezident oyunla bağlı fikirlərini bildirib: “Çox yaxşı oyun keçdi, “Neftçi” ilə AZAL arasındakı oyunlar həmişə maraqlı alınıb. Bu gün də rəqib komanda oyunun ilk 20 dəqiqəsinə kimi yaxşı mübarizə apardı. Ondan sonra “Neftçi” hansı gücə malik olduğunu rəqibə göstərdi. Bugünkü oyun ən vacib oyunlardan biri idi. Qarşıdakı matçlada daaha yüksək ruhla hazırlaşmalıyiq. Geridə qalan turlara baxanda “Neftçi” lazimi nəticə qazanmayıb. Çünki komanda hələ adına layiq oyunu namüyiş etdirmir. Hər halda ümumi götürəndə hər şey qənaətbəxşdir. Amma mən klubumdan daha yaxşı şey gözləyirəm”.
Klub prezidenti “Neftçi”nin istənilən səviyyədə oynamaya bilməməsi klubdaxili problemlərlə əlaqələndirib: "Klubda daxili problemlər var. Maliyyə və digər çətinliklərimiz oyunumuza da mənfi təsir göstərir”.
Sadıqov baş məşqçiləri Arif Əsədovdan razılığınıda bildirib, “Nefçi”nin əvvəlki oyunlarına nisbətən müdafiə futbolu oynamasını da baş məşçinin taktikası olduğunu qeyd edib: “Bu gün Arif Əsədov bu klubdadırsa, deməli, onu işi bizi qane edir, müdafiə futbolu oynamağımızın səbəbi də baş məşqçinin seçimidi. Biz nəticəyə baxırıq. Bu gün nəticə də bizim istəyimizə uyğundur. Amma yenə də, “Neftçi” ümumilikdə tam müdafiə futbolu oynamır. Yoxsa bu gün hesab 4:0 bizim xeyrimizə olmazdı. Oyundan da gördüz ki, qolların sayı daha çox ola bilərdi”.
Qaynar.info