Xəbər lenti

"Neftçi"ni oyun almaqda ittiham etdilər
İdman16:05 15.08.2015

"Neftçi"ni oyun almaqda ittiham etdilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyada açıq fikirləri ilə tanınan futbol veteranı Sergey Dmitriyev "Sport-ekspress" qəzetinə maraqlı müsahibə verib. Qaynar.info xəbər verir ki, daha çox "Zenit"dəki çıxışları ilə məşhur olan Dmitriyev müsahibəsində Azərbaycanla bağlı da fikirlər səsləndirib.
O, 1988-ci il Seul Olimpiadası zamanı SSRİ yığmasının baş məşqçisi Valeri Lobanovski ilə olimpiya millisinin çalışdırıcısı Anatoli Bışovets arasında olan qalmaqaldan danışıb. Onun sözlərinə görə, Bışovets Lobanovskinin yetirmələrindən yalnız Mixayliçenkonu Cənubi Koreyaya aparıb. O, "Neftçi"nin sabiq futbolçusu, millimizin sabiq baş məşqçisi İqor Ponomaryov haqda isə bunu deyib: "Olimpiadada gözlənilməz simalar ortaya çıxdı. Məsələn, "Neftçi"dən Ponomaryov. Hansı ki o hansısa siyahıda fərqlənməmişdi. Mənə dedilər ki, ilk matçdan sonra Dobrovolski, Mixayliçenko və Losyov Bışovetsə yaxınlaşıb deyib: "Bir də Ponomaryovu oyuna qoysan, biz oynamayacağıq". Üstəlik, "Dnepr"dən Vadik Tişenkonun dizi ağrıyırdı, 1 dəqiqə də oynamadı".
Dmitriyev 1985-1987-ci illərdə Bakı "Neftçi"sində çıxış etmiş özbək müdafiəçi Mustafa Belyalovu isə pisləyib: "Şaxtyor"da, "Metallist"də çox sərt oynayan müdafiəçilər vardı. "Neftçi"dən Mustafa Belyalov ümumiyyətlə qasırğa idi. Arxadan sürüşmə fəndi ilə adamı yerə sərə, açıq ayaqla dizdən yuxarıya asanlıqla zərbə endirə bilərdilər. Adamı bu yolla qorxutmağa çalışırdılar".
O, 1988-ci ildə "Zenit"in baş məşqçisi Stanislav Zavidonovun onu "Dnepr"ə matç satmaqda günahlandırması ilə bağlı suala cavab verərkən "Neftçi"nin onlara oyun verməsini xahiş etdiyini bildirib: "Dnepr"dən Lyut və Puçkovla dostluq edirdim. Matçdan əvvəl mənə yaxınlaşdılar: "Özünüzkülərlə danış, oyunu versinlər". Komanda isə buna cavab verdi: "Yox!" Lyuta dedim ki, düzgün oynayacağıq. Ancaq "Dnepr" çempionluğa gedirdi və 1:0 qələbə qazandı. Zavidonov isə məni əvəzedici komandaya göndərdi. Halbuki hücumçu təkbaşına oyunu verə bilməz. Burda qapıçı və müdafiəçisiz oyun vermək olmaz.
Yeri gəlmişkən, bundan 1 ay əvvəl Bakıda belə bir hadisə olmuşdu. Neftçi”dən gəlmişdilər, kömək etməyimizi istəyirdilər. Uşaqlar imtina etdilər. Zavidonov məni əsas heyətdə buraxmamışdı. İkinci hissədə oyuna daxil oldum, qələbə qolunu vurdum! 2:1 hesabı ilə qalib gəldik və “Neftçi” həmin mövsüm elitadan düşdü”.
Qeyd edək ki, İqor Ponomaryov Seulda cəmi 1 oyuna çıxıb və qızıl medalları qazanıb.
Qaynar.info