Xəbər lenti

"Neftçi"nin baş məşqçisi istefa verdi
İdman08:17 21.08.2017

"Neftçi"nin baş məşqçisi istefa verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Neftçi" baş məşqçisi Elxan Abdullayevlə yolları ayırıb. "Qaynarinfo" klubun saytına istinadən xəbər verir ki, 47 yaşlı çalışdırıcı bu gün vəzifəsindən istefa verib.

Belə ki, istefa ərizəsi ilə "Neftçi” rəhbərliyinə müraciət edən mütəxəssisin istəyi qəbul edilib.

"Neftçi” Elxan Abdullayevə klub üçün etdiklərinə görə minnətdarlıq edərək, ona gələcək işlərində uğurlar arzulayıb.

Qaynarinfo.Az