Xəbər lenti

"Neftçi"nin baş məşqçisi özünü "yetim" adlandırdı
İdman17:52 29.03.2014

"Neftçi"nin baş məşqçisi özünü "yetim" adlandırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Mustafa Dənizli isə "Xəzər Lənkəran"ın necə uduzmağından danışdı.
"Neftçi" klubunun baş məşqçisi Böyükağa Hacıyev Topaz Premyer Liqasının XXVIII turunda “Xəzər Lənkəran”la oyundan sonra keçirilən mətbuat konfransında bunları bildirib:
"Bu oyuna şərh vermək lazım deyil, vacib olan üç xalı qazandıq. Əlimizə düşən fürsətlərdən istifadə edə bilmədik. Hakimlər barəsində danışmaq istəmirəm, amma bir penaltimiz verilmədi. Əvvəllər deyirdilər ki, hakimlər "Neftçi"ni "dartır", amma bu gün "Neftçi"ni sıxırlar. Hakimlər bütün təcrübələrini "Neftçi"nin üstündə yoxlayırlar. Əsas diqqətimizi kuboka yönəldəcəyik. Fikir verin, yarımfinal komandaları arasında bir dənə yetim-yüsür kimi yerli məşqçi Böyükağa Hacıyevdir". 
ANS PRESS-in verdiyi məlumata görə, “Xəzər Lənkəran” klubunun baş məşqçisi Mustafa Dənizli isə mətbuat konfransında bunları deyib:
“Oyunun əhəmiyyətini yaxşı bilirdik. Hiss olunurdu ki, 1 qol vuran komanda qələbə qazanacaq. Heyətimizdə azərbaycanlı futbolçuların yoxluğu çıxışımıza təsir etdi. Bu səbəbdən istədiyimiz qədər oyunçu dəyişikliyi edə bilmirik. Diqqətimizi kuboka yönəltməliyik. Burada fərqli heyət düşünəcəm. Zohair bu gün çox yoruldu, ona görə onu əvəzlədim. Bunlar hamısı biz məcburiyyətdən etdiyimiz hərəkətlərdir".
Xatırladaq ki, "Neftçi"-"Xəzər Lənkəran" qarşılaşması 1-0 hesabı ilə meydan sahiblərinin xeyrinə qurtarıb.
Qaynar.info