Xəbər lenti

"Neftçi"nin futbolçusu meydanda azarkeşi döydü - SON DƏQİQƏ + FOTO
İdman16:57 25.10.2016

"Neftçi"nin futbolçusu meydanda azarkeşi döydü - SON DƏQİQƏ + FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Neftçi" - "Qarabağ" oyununda qalmaqal yaranıb. 

Qaynarinfo.Az-ın "Bakcell Arena"da olan əməkdaşı xəbər verir ki, hadisə matçın sonlarında baş verib.

Belə ki, qarşılaşmanın sonlarında azarkeşlər "Çingiz istefa" qışqırmağa başlayıb. 90-cı dəqiqədə Jayro Rodriqez topu öz qapısına göndərərək avtoqol müəlifi olub. Bundan sonra bir azarkeş meydana çıxaraq futbolçulara öz etirazını bildirib. Buna əsəbləşən "Neftçi"nin futbolçusu Ketelin Tsıre isə onu şillə-təpiklə vurmağa başlayıb.

Meydana çıxan azarkeşi polislər aparıb. Ketelin Tsıreyə isə Ramil Diniyev qırmızı vərəqə göstərib.

Qaynarinfo.Az