Xəbər lenti

"Neftçi"nin ilk oyununun yeri dəyişdirildi
İdman16:00 23.06.2015

"Neftçi"nin ilk oyununun yeri dəyişdirildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avropa Liqasının ilk təsnifat mərhələsində keçiriləcək Monteneqroda keçirilməsi nəzərdə tutulan "Mladost" - "Neftçi" matçının yeri dəyişdirilib.

Bu barədə Qol.Az-a "Neftçi"nin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.

UEFA-nın qaydalarına görə, bir şəhərin iki komandası eyni gündə öz meydanında oyun keçirə bilməz. Bakı "İnter"inin də Avropa Liqasındakı oyunu eyni günə təsadüf etdiyindən klubların qarşılıqlı razılığı əsasında ilk olaraq "Neftçi" "Mladost"u qəbul edəcək.

İyulun 2-si 8-ci kilometr qəsəbə stadionunda baş tutacaq oyunun saat 21:00-da başlanması nəzərdə tutulub.

Qaynar.info