Xəbər lenti

"Neftçi"nin Maltadakı oyunu canlı yayımda
İdman13:22 30.06.2016

"Neftçi"nin Maltadakı oyunu canlı yayımda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avropa Liqasının I təsnifat mərhələsinin "Balzan" - "Neftçi" oyunu Azərbaycanda canlı göstəriləcək.

Qaynarinfo.az xəbər verir ki, Maltada Bakı vaxtı ilə saat 20:00-da başlayacaq görüş "CBC International" telekanalı vasitəsilə canlı yayımlanacaq. 

Belə ki, Avropa Liqasının I təsnifat mərhələsinin püşkatma mərasimindən dərhal sonra “Balzan” – “Neftçi” matçının Azərbaycanda canlı yayımlanması istiqamətində 2 klub arasında danışıqlara başlanılmışdı. Dünənə qədər Malta tərəfi “Balzan” – “Neftçi” matçının, ümumiyyətlə, televiziya vasitəsilə yayımlanmayacağını bildirirdi. 

Dünən axşam saatlarında isə “Balzan” klubu tərəfindən matçın yerli TVM-2 telekanalında yayımlanacağı bildirildi. Bundan dərhal sonra “Neftçi” adıçəkilən telekanalla danışıqlara başladı. Dünəndən davam edən danışıqlar bir neçə saat bundan əvvəl müsbət nəticələndi və “Neftçi” TVM-2 telekanalı ilə müqavilə imzalayaraq matçın Azərbaycanda yayımlanmasının maliyyə tərəflərini öz üzərinə götürdü. 

Onu da bildirək ki, bu telekanal peyk antenasında göstərir. Lakin bu telekanala internet vasitəsilə də baxmaq mümkündür (http://cbc.az/az/live).

Qeyd edək ki, "Bakcell Arena"da keçiriləcək və saat 21:00-da başlayacaq "Qəbələ" - "Samtredia" (Gürcüstan) oyunu isə "CBC Sport" telekanalı vasitəsilə yayımlanacaq.

Qaynarinfo.az