
Avstriyada təlim-məşq toplanışında olan Bakının "Neftçi" klubu bu gün növbəti yoxlama matçına çıxacaq.
Son Azərbaycan çempionu Rumıniyanın "Vasluy" klubu ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Qeyd edək ki, "Neftçi" dünən Rusiyanın "Terek" klubu ilə qarşılaşmış və oyun 0:0 hesabı ilə başa çatmışdı.
10 iyul
Yoxlama oyunu
19:00. "Neftçi" (Azərbaycan) - "Vasluy" (Rumıniya)
Qaynar.info