Xəbər lenti

"Neftçi"nin prezidenti olsaydım, onu Rumıniyaya göndərərdim" - Yordake
İdman15:31 26.10.2016

"Neftçi"nin prezidenti olsaydım, onu Rumıniyaya göndərərdim" - Yordake

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Xəzər Lənkəran"ın sabiq mərkəz müdafiəçisi Adrian Yordake həmyerlisi, rumıniyalı Ketelin Tsırenin Premyer Liqanın IX turu çərçivəsində keçirilmiş "Neftçi" - "Qarabağ" matçının son dəqiqələrində azarkeşə hücum çəkməsinə münasibət bildirib. 

Azerisport.az saytına açıqlamasında 36 yaşlı veteran bunları söyləyib:

"Burada nə demək olar? Ketelinin ağılsızlığıdır. O pis hərəkət edib. "Neftçi"nin prezidenti olsaydım, müqaviləni ləğv edər, Tsıreni dərhal Rumıniyaya göndərərdim. Yəqin ki, Tsırenin indi ölkənizdə ciddi problemləri var. Rumıniya mətbuatında da bu haqda yazırlar".

Qaynarinfo.Az