Xəbər lenti

"Neftçi"yə 3-cü futbolçu Fransadan gəlir - Birbaşa müqaviləyə
İdman18:40 06.10.2016

"Neftçi"yə 3-cü futbolçu Fransadan gəlir - Birbaşa müqaviləyə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Neftçi"yə baxışa 3 futbolçu gələcəyini sentyabrda bildirmişdik. Artıq 2 futbolçunun adını yazıb xəbər vermişik. Bunlar latviyalı yarımmüdafiəçi Aleksandr Fertov və monteneqrolu qapıçı Boban Baykoviçdir.

Qaynarinfo.Az artıq 3-cü futbolçunun da kimliyini müəyyənləşdirib.

Bu futbolçu braziliyalı Jonas Enrike Pessallidir. İtalyan mənşəli bu futbolçu qısaca Pessalli kimi də tanınır. 26 yaşlı yarımmüdafiəçi ölkəsində "Qremio" və "Qremio Barueri" klublarında çıxış edib. Bundan sonra 2013-cü ildə onun Fransada legioner karyerası başlayıb. Belə ki, o, "Anjer"də oynayıb. Ötən mövsümün son 6 ayını isə Fransanın aşağı dəstə təmsilçisi "Lüson"da icarə əsasında keçirib. O bu klubda 14 oyuna 4 qol vura bilib.

Pessalli yarımmüdafiədə sol, sağ cinahlarda, eləcə də mərkəzdə çıxış etmək qabiliyyətinə malikdir. Lakin onun əsas mövqeyi sağ cinahdır.

Bu futbolçu yuxarıda adını çəkdiyimiz 2 futbolçudan daha səviyyəli olduğu üçün birbaşa müqavilə bağlamaq istəyir. Lakin "Neftçi" tərəfi əvvəllər transferlərdə edilən səhvləri təkrarlamamaq üçün bu futbolçunu da baxışdan keçirmək istəyir.

Onu da qeyd edək ki, Pessalli artıq Bakıdadır.

Qaynarinfo.Az