Xəbər lenti

"Neftçi"yə argentinalı biznesmenlər vasitəsilə gələn venesuelalı - VİDEO
İdman09:00 16.06.2016

"Neftçi"yə argentinalı biznesmenlər vasitəsilə gələn venesuelalı - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ölkəmizi Avropa Liqasında təmsil edəcək "Neftçi"nin ilk transferinin adına aydınlıq gəlib.

Qaynarinfo.az xəbər verir ki, bu, venesuelalı mərkəz yarımmüdafiəçisi Edson Kastilyodur.

22 yaşlı futbolçu rnv.gob.ve saytına Venesuelanın "Mineros Quayana" klubundan artıq ayrıldığını və dünən Türkiyədə hazırlıqlara başlayan "Neftçi"yə keçdiyini bildirib: "Hər şey çox tez şəkildə baş tutdu. Argentinadan olan bəzi biznesmen dostlarım (alqı-satqı ilə məşğul olduqlarından, Cənubi Amerikada futbol menecerlərinə "biznesmen" də deyirlər - red.) mənimlə əlaqə saxladı. Komanda məni istəyirdi. Mən onlara video göndərdim və onlar bunu bəyəndilər. Bu çərşənbə axşamı komandamla vidalaşmalı oldum. Çox emosional anlar oldu. İndi mən yeni komandamda çox yaxşı oynamağa köklənmişəm. "Mineros"a hər şeyə görə minnətdaram. Onlar mənə nə vaxtsa yenidən bura qayıdacağıma dair ümid verdilər. Ümid edirəm ki, bu tezliklə yox, bir neçə ildən sonra olacaq".

Sonda paraqvaylı Erik Ramosun yerinə "Neftçi"yə yeni gələcək futbolçu Edson Kastilyonun videosunu təqdim edirik:

Qaynarinfo.az