Xəbər lenti

"Neftin qiyməti 100 dollar ola bilər” - Proqnoz
Ekonomiks13:54 10.06.2016

"Neftin qiyməti 100 dollar ola bilər” - Proqnoz

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"10 ildən sonra neftin qiyməti 100 dollar ola bilər". Bunu "Qazprom neft"in baş direktoru Aleksandr Dyukov deyib.
Qurum rəhbəri hesab edir ki, əgər kartel mövqeyi dəyişməzsə, o zaman neftin qiyməti illərlə 50-60 dollar səviyyəsində qalacaq. "Bundan başqa, əgər OPEC öz mövqeyini yumşaltsa və neft hasilatının səviyyəsinin artırmasını dayandırsa, o zaman neftin qiyməti, hətta on ildən sonra 90-100 dollara kimi qalxa bilər", - Aleksandr Dyukov bildirib.
İyunun 7-də neftin qiymətində cüzi bahalaşma müşahidə olunur. Belə ki, "Brent" markalı neftin qiyməti 51 dolları ötüb. İCE qitələrarası fond birjasında "Brent" markalı neftin qiyməti 0,9% bahalaşaraq 51.05 dollara çatıb. 
Məlumata görə, neftin qiyməti son dəfə ötən il oktyabrın 12-də də bu qiymətdə olub. 
Bu ilin əvəllərində isə qiymət 30 dollardan da aşağı idi.  (Anspress.com)
Qaynarinfo.az