Dünya bazarlarında neftin qiyməti 2016-cı ilin sonuna doğru tədricən artacaq, ən nikbin proqnozlara görə, neftin 1 bareli 55-60 dollar səviyyəsinə çata bilər.
Trend-in məlumatına görə, bunu Azərbaycanın Energetika naziri Natiq Əliyev deyib.
"Düşünmürəm ki, neftin qiymətində kəskin artım gözləmək lazımdır".
Onun sözlərinə görə, hazırda bazarda ciddi dəyişikliklər müşahidə olunmur və neftin qiymətində ciddi artım gözləmək lazım deyil.
Qaynarinfo.az