Xəbər lenti

"Neftin qiyməti artmağa başlayacaq" - OPEK rəsmisi
Ekonomiks18:12 21.03.2016

"Neftin qiyməti artmağa başlayacaq" - OPEK rəsmisi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Neft ixrac edən ölkələr kartelinin (OPEK) baş katibi Abdullah əl-Bədri hesab edir ki, aprelin 17-də Qətərin paytaxtı Doha şəhərində keçirilməsi nəzərdə tutulan neft ixracatçılarının görüşü uğurla başa çata bilər. 
Bu bəyanatla o, bazar ertəsi günü Avstriya paytaxtında təşkil olunmuş mətbuat konfransında çıxış edib.
Əl-Bədrinin sözlərinə görə, tərəflər öncə neft hasilatı həcminin mümkün dondurulması üzrə razılığa gəlməli, daha sonra isə perspektiv vəziyyəti müzakirə etməlidirlər.
OPEK baş katibi onu da əlavə edib ki, neftin qiyməti artaraq «normal», lakin yüksək olmayan həddə çatacaq. (virtualaz.org)
Qaynar.info