Xəbər lenti

"Neftin ucuzlaşmasının Azərbaycan üçün qorxusu yoxdur" - VİDEO
Ekonomiks19:41 03.08.2015

"Neftin ucuzlaşmasının Azərbaycan üçün qorxusu yoxdur" - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
28 iyulda Çindən Azərbaycana yola çıxan sınaq konteyner qatarı dünən Ələt limanına çatıb. Bununla da tarixi bir layihənin əsası qoyuldu. ANS TV-nin qonağı olan iqtisadçı-ekspert Oqtay Haqverdiyev mövcud vəziyyəti belə qiymətləndirib.
- Oqtay müəllim, Azərbaycan üçün bu layihənin iqtisadi və siyasi əhəmiyyətini nədə görürüsünüz? 
- Hökümətin iqtisadiyyatı diversifikasiya etmək üçün böyük bir proqramı var. Bu günkü gündə Çindən Azərbaycana yola çıxan sınaq konteyner qatarının Ələt limanına gəlməsi məhz diversifikasiya prosesinin bir hissəsidir. Gələcək üçün bu layihənin əhəmiyyəti çox böyükdür. Hazırda layihənin yalnız birinci hissəsi istifadəyə verilib. Gəlcəkdə bu xətt vasitəsilə daha böyük həcimdə yüklərin daşınması üçün kifayət qədər imkan yaranacaq. Məndə olan məlumata görə, orda 80-90 min arası konteyner daşımaq gücünə malik terminallar var. Bu, layihə “İpək yolu” layihəsinin bir hissəsidir. Təbii ki, bu da Azərbaycanın iqtisadiyyatıda yeni bir, yəni qeyri-neft sektoru kimi neftə alternativ gəlir mənbəyi olacaq. 
- Oqtay müəllim, digər bir mühüm məsələ Azərbaycanın neft ölkəsi olduğundan ölkəyə birbaşa aidiyyəti olan mövzu ilə bağlıdır! Yanvar ayından bu yana ilk dəfə neftin qiymətində rekord ucuzlaşma qeydə alınıb. Neftin bir barreli 50 dollardan aşağı düşüb. Bu da İranla Avropa Birliyi arasında münasibətlərin yaxşılaşmasından irəli gəlir. Eləcə də, İranın dünya neft bazarında öz yerini tutacağı barədə nikbin bəyanatlarından sonra müşahidə olunur. İranla münasibətlər zəminində siz neftin qiymətilə bağlı nə proqnozlaşdırırsınız? Belə getsə, neftin qiymətində, belə deyək, bizi nə gözləyir?
- Qeyd etdiyiniz kimi, hazırda İran neft hasilatını artırmayıb. Amma buna baxmayaraq neftin qiyməti aşağı düşür. Qiymətin aşağı düşməsi onunla əlaqəli deyil. Mütəxəssislərin fikirincə, məlum sanksiyalarla bağlı İranın konservasiya olunmuş neft yataqlarını işə salmaq üçün ən azından iki-üç il vaxt, həmçinin 200 milyard məbləğində vəsait lazımdır. İran tez bir zamanda hasilatı 1 milyon barrelə qədər artıra bilməz. Eyni zamanda bu uzun bir prosesdir. Ümumiyyətlə isə, Çin və Hindistanın iqtisadiyyatında geriləmə qeydə alınıb. Belə olan halda neftə olan tələbat azalır. Bu gün neftin Azərbaycan üçün qırmızı xətti 40 dollardır. Neftin 40 dollara qədər aşağı düşməsi Azərbaycan üçün heç bir qorxusu yoxdur.
Qaynar.info