Xəbər lenti

"Nəinki 2-ci, hətta 3-cü devalvasiya ola bilə" - ekspert
Ekonomiks05:47 22.08.2015

"Nəinki 2-ci, hətta 3-cü devalvasiya ola bilə" - ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ekspert Qubad İbadoğlu manatın gələcək taleyi ilə bağlı proqnoz verib. Qaynar.info xəbər verir ki, iqtisadçı manatın nəinki 2-ci, hətta 3-cü devalvasiyasının da gerçəkləşə biləcəyini deyib: 
"Hazırkı daxili iqtisadi vəziyyət və mövcud xarici konyuktura inzibati qayda da tənzimlənən və valyuta ehtiyatlarının azalmasını şərtləndirən manatın məzənnəsini yaxın dövlərdə daim təzyiqlər altında saxlayacaq. Nə qədər ki, Mərkəzi Bank milli valyutanı bazara müdaxilə yolu ilə tənzimləyəcək bir o qədər də manatın taleyi ilə bağlı narahatçılıq qalacaq. Odur ki, Azərbaycan manatının xilas yolu ilk növbədə valyuta bazarının və bütövlükdə iqtisadiyyatın liberallaşmasından keçir. Əks tədqirdə, əgər islahatlar aparılmayacaqsa, manatın nəinki 2-ci, hətta 3-cu devalvasiyası da baş verə bilər. Hazırkı siyasətin davam etdirilməsi Mərkəzi Bankın valyuta ehtiyatlarının tamamilə xərclənməsinə gətirib çıxaracaq və bu halda həm valyuta ehtiyatlarını və həm də manatın dəyərini sürətlə itirə bilərik. Yeganə yol islahatlardan keçir, islahatların nəinki keçirilməməsi, hətta ləngidilməsi belə Azərbaycan maliyyə-bank sistemini iflasa aparacaq".
Qaynar.info