Xəbər lenti

"Nikoil Bank" növbəti qanvermə aksiyası keçirib - FOTO
Ekonomiks12:55 05.12.2016

"Nikoil Bank" növbəti qanvermə aksiyası keçirib - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Nikoil Bank" ASC-nin kollektivi qana ehtiyacı olan uşaqlar üçün növbəti könüllü qanvermə aksiyası keçirib.

"Report" bu barədə banka istinadən xəbər verir.

Bankın Bakı şəhəri filialları və mərkəzi filialının bütün əməkdaşları Puşkin küçəsi 30 ünvanında yerləşən baş ofisdə keçirilən aksiyada iştirak ediblər.

"Artıq 10 ildir Bank “Fəxri donor” adını ləyaqətlə daşıyır. Bankın sosial korporativ məsuliyyət proqramı çərçivəsində talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara yardım məqsədi ilə mütəmadi olaraq qanvermə aksiyası həyata keçirilir" - "Nikoil Bank"dan bildirilib.

Qaynarinfo.Az