Xəbər lenti

"Nurgün" İŞİD tərəfindən hücuma məruz qalması ilə bağlı açıqlama yaydı
İdman10:05 23.07.2016

"Nurgün" İŞİD tərəfindən hücuma məruz qalması ilə bağlı açıqlama yaydı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İŞİD terror təşkilatının haker qrupu "Team System Dz" tərəfindən hücuma məruz qalması ilə əlaqədar "Nurgün” Şirkətlər Qrupu rəsmi "Facebook” səhifəsi vasitəsi ilə bəyanat yayıb. 

Qaynarinfo.az bəyanatı olduğu kimi diqqətinizə çatdırır: "Bu gün səhər saatlarında İslam Dövləti terrorist təşkilatına aid haker qrupu Nurgün Holdinqə aid olan internet saytlarına hücum edib. Nəticədə holdinqə aid nissan.az, kyoto.az, revansigorta.az, dongfeng.az saytları fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. Hazırda hücumun fəsadlarını aradan qaldırmaq istiqamətində zəruri addımlar atılır".

Qeyd edək ki, Nuru Əliyevin prezidenti olduğu "Nurgün Motors" şirkəti uzun müddətdir ki, oğlunun adını daşıyan "Rəvan" futbol klubunun təsisçisidir. Bu gün adı çəkilən haker qrupu şirkətə məxsus saytlarda "I love the Caliphate State Islamic country" ("Mən Xəlifənin başçılıq etdiyi İslam Dövlətini sevirəm") şüarını və təhdid dolu mətn yerləşdirib. Bundan başqa, bu saytlarda Suriyada baş verənləri əks etdirən videoçarx yerləşdirilib.

Hazırda bu saytların, eləcə də nurgun.az-ın fəaliyyəti dayandırılıb və üzərində yenilənmə işləri aparılır.

Qaynarinfo.az